Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş intellektual yarış keçirilib. Filialın Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən yarışda 13 komanda iştirak edib. Yarışın nəticələrinə görə, birinci yerə "Evers",  ikinci yerə "Berlin", üçüncü yerə "Manevra" komandaları layiq görülüb.

 

Qaliblər hədiyyələr və diplomlarla təltif edilib.