Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də Ağdərə rayonu, Talış kənd tam orta məktəbində buraxılış imtahanı keçirəcək.

 

Qurumdan bildirilib ki, bu, DİM-in işğaldan azad olunan Ağdərə rayonunda təşkil edəcəyi ilk imtahandır.

 

Qeyd edək ki, martın 3-də ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı  respublikanın 30 şəhər və rayonunda təşkil olunacaq və 52 mindən artıq şagird buraxılış imtahanı verəcək.