Erol Özvar: "Ölkəyə və elm dünyasına xeyirli olsun"
Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar özünün sosial media hesabında yeni yaradılan Türkiyə-Azərbaycan Universitetinin prioritetlərindən bəhs edib.
E.Özvar qeyd edib ki, Türkiyə-Azərbaycan Universiteti xüsusilə səhiyyə, mühəndislik və informatika sahələrində Türkiyə ali təhsil təcrübəsini Azərbaycana gətirəcək. "Bu il fəaliyyətə başlayacaq birgə universitetin məqsədi təhsil sahələrində ixtisaslı kadrlar hazırlamaq və hər iki ölkənin elmi tədqiqat imkanlarını bir araya gətirməkdir".
Qeyd olunur ki, Türkiyə universitetlərinin YÖK tərəfindən təsdiq olunmuş bakalavr və magistr proqramlarının həyata keçiriləcəyi Türkiyə-Azərbaycan Universiteti yeni ali təhsil modeli kimi beynəlxalq tələbələrə müraciət edəcək.
YÖK sədri paylaşımında dünyada yeni beynəlxalq universitet modeli olan Türkiyə-Azərbaycan Universitetinin ölkəyə və elm dünyasına xeyirli olmasını arzulayıb.
Oruc Mustafayev