Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024-cü il üzrə diferensial əməkhaqqı sisteminin nəticələri açıqlanıb.

 

Universitetdən bildirilib ki, Strateji planlaşdırma şöbəsi Keyfiyyət təminatı və monitorinq mərkəzi ilə birgə müəllimlərin obyektiv və şəffaf meyarlar əsasında qiymətləndirilməsini həyata keçirib. Qiymətləndirmə iki kateqoriya (A və B)  üzrə aparılıb. Pedaqoji heyətin xidməti fəaliyyəti komissiya tərəfindən elm və tədris istiqamətləri üzrə dəyərləndirilib. 

 

Daxili qiymətləndirməyə bu il 37 müəllim qoşulub. Onlardan 26 müəllim qalib olub. A kateqoriyası üzrə qiymətləndirilən müəllimlərin əməkhaqqına 300 manat, B kateqoriyası üzrə qiymətləndirilən müəllimlərin əməkhaqlarına isə 200 manat əlavə olunub. 

 

Ötən illə müqayisədə diferensial əməkhaqqı sisteminə akademik heyətin müraciəti bu il daha yüksək olub.   

 

Məlumat üçün qeyd edək ki, sistemin tətbiqində əsas məqsəd akademik heyətin əməkhaqlarını diferensiallaşdırmaqla onların elmi-pedaqoji fəaliyyətini universitetin inkişaf hədəfləri istiqamətində stimullaşdırmaqdır.