UNESCO: “Çoxdilli təhsil nəsillərarası öyrənmənin sütunudur”


UNESCO 21 Fevral- Beynəlxalq Ana Dili Gününün qeyd edilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, UNESCO davamlı cəmiyyətlər üçün mədəni və dil müxtəlifliyinin vacibliyinə inanır. Sülh naminə mandatı çərçivəsində beynəlxalq qurum başqalarına tolerantlıq və hörmət aşılayan mədəniyyətlər və dillər arasındakı fərqləri qorumağa çalışır.  


Bəyanatda daha sonra bildirilir ki, çoxdilli və multikultural cəmiyyətlər ənənəvi bilik və mədəniyyətləri davamlı şəkildə ötürən, qoruyan dillər vasitəsilə mövcuddur. Beynəlxalq təşkilat narahatlıqla qeyd edir ki, getdikcə daha çox dil yox olduqca, dil müxtəlifliyi  daha artıq təhlükə altına düşür.

 

“Qlobal miqyasda əhalinin 40 faizinin danışdığı və ya başa düşdüyü dildə təhsil almaq imkanı yoxdur. Buna baxmayaraq, çoxdilli təhsildə onun əhəmiyyətinin, xüsusən də erkən məktəbdə təhsilin daha çox dərk edilməsi və onun ictimai həyatda inkişafına daha çox sadiqlik ilə irəliləyiş əldə edilir”.

 

2024-cü il Beynəlxalq Ana Dili Gününün qeyd edilməsi mövzusu belə adlanır:“ Çoxdilli təhsil nəsillərarası öyrənmənin sütunudur”. Bu gün 250 milyon uşaq və gənc hələ də məktəbə getmir, 763 milyon yaşlı insan isə ilkin savadlılıq bacarıqlarına yiyələnməyib. Ana dili təhsili öyrənmə, savadlılıq və əlavə dillərin mənimsənilməsini dəstəkləyir.

 

Qeyd edək ki,  21 Fevral Beynəlxalq Ana Dili Gününün qeyd olunması  ideyası  Banqladeşin təşəbbüsü olub. Təşəbbüs 1999-cu ildə UNESCO-nun  Baş Konfransında təsdiq edilib və 2000-ci ildən bütün dünyada qeyd olunur.

 

Oruc MUSTAFAYEV