Bakı Mühəndislik Universiteti  və İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) əsas komponentlərindən biri kimi professor-müəllim heyəti üçün Koreya (Cənubi) Respublikasında “Fakültə təlimi” keçiriləcək.

 

Təlimdə “Elektronika mühəndisliyi” ixtisası üzrə həm BMU-da, həm də Azərbaycanın digər ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti iştirak edə bilər.

 

Cari ilin 8 iyul-16 avqust tarixlərini əhatə edəcək təlimin Koreyanın İnçon şəhərində təşkil olunması nəzərdə tutulur. Təlimin xərcləri (aviabilet, gündəlik ezamiyyə xərcləri: gecələmə və qidalanma, viza və tibbi sığorta) “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qarşılanır.

 

Təlimin əsas məqsədi BMU-İNHA İDP çərçivəsində professor-müəllim heyəti üçün xüsusi təhsil proqramı həyata keçirmək, eyni zamanda İNHA Universitetinin təhsil təcrübəsini təlim iştirakçılarına çatdırmaqdır.

 

Təlimlə bağlı ətraflı məlumatı, tələb olunan şərtləri və əlaqə vasitələrini aşağıdakı link vasitəsilə əldə etmək mümkündür:

https://bit.ly/49GLK6I