17, 18 fevral 2024-cü il tarixlərində Respublika Fənn Olimpiadalarının (RFO)  informatika fənni üzrə yarımfinal turu keçirilib. Ümumilikdə 1290 nəfər şagird olimpiadada iştirak edib.

 

Təhsil İnstitutundan bildirilib ki, informatika fənni üzrə yarımfinal turu Bakı şəhərində ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, İqtisad Universiteti, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Texniki Universitet, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter laboratoriyalarında və Naxçıvan Muxtar Respublikasında Naxçıvan STEAM mərkəzində keçirilib.

 

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin rəhbərliyi olimpiadada iştirak edən şagirdlərə uğurlar arzulayıb. Görüşdə BANM rektoru Elmar Qasımov, ARTİ-nin direktor müavini Fuad Qarayev, ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin əməkdaşları və olimpiadaya qatılan şagirdlər, həmçinin valideynlər iştirak ediblər.

 

Qeyd edək ki,  RFO “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.