Azərbaycan Milli Konservatoriyasında Təhsilin İnkişafı Fondunun (TİF) rəhbərliyi ilə görüş keçirilib.

 

TİF-dən bildirilib ki, görüşün məqsədi qurumlar arasında tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsi olub. Görüşdə Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və təhsil ocağının nümayəndələri iştirak ediblər.

 

Rektor Siyavuş Kərimi Konservatoriyanın 24 illik fəaliyyəti haqqında məlumat verib, onun strateji məqsədləri və hədəflərindən danışıb.

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov isə Fondun yaradılması, məqsədləri, missiyası barədə ətraflı məlumat verib. Sədr ali təhsil müəssisələri ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq imkanlarından da  bəhs edib.