Bakı Ali Neft Məktəbinin “(BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında 88 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib.
Ali Məktəbdən bildirilib ki, Qəhrəman 2019-cu ildə Bakı Ali Neft Məktəbinə 678.7 balla qəbul olub. Prezident təqaüdçüsü olan BANM tələbəsi Erasmus+ mübadilə proqramı ilə III kursda 1 semestr İspaniyanın Alkala Universitetində təhsil alıb. Bu il SOCAR-ın Gənc İstedadlar Proqramına seçilib və hazırda SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təcrübə keçir.