Türkiyənin İzmir Katip Çələbi Universitetinin rektoru Saffet Köse  Bakı Ali Neft Məktəbində (BANM) olub.

 

BANM-ın rektoru Elmar Qasımov öncə Ali Məktəbin kampusunu gəzən qonağa burada yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib. İzmir Katip Çələbi Universiteti ilə BANM arasındakı əməkdaşlığa toxunan E.Qasımov əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb.

 

Saffet Köse isə BANM-ın uğurlarını yüksək qiymətləndirib.

 

Sonda İzmir Katip Çələbi Universitetinin rektoru Saffet Köseye BANM-ın “Fəxri qonaq” plaketi təqdim olunub. 

 

Qeyd edək ki, bu günədək BANM-ın 5 tələbəsi, 3 müəllimi “Erasmus+KA171”, həmçinin universitetlərarası mübadilə proqramı ilə İzmir Katip Çələbi Universitetində, bu ali təhsil müəssisəsindən isə 11 müəllim və 1 tələbə BANM-də təcrübə keçib.