“Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən “Məktəbli könüllü” proqramı ölkədə ilk dəfə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmasını həyata keçirir. 


 
Proqramın məqsədi şagirdlər arasında sosial inkişafı təmin etmək, komanda işini formalaşdırmaq, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətləri gücləndirmək, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəsil formalaşdırmaqdır.


 
Proqrama bu günədək 780 müraciət daxil olub. Onlardan 482 nəfəri Bakı və Sumqayıtda, 298-i isə digər bölgələrdə təhsil alan məktəblilərdir. 
 


Müsahibə mərhələsinə 460 nəfər dəvət olunub, onlardan 213-ü proqrama üzv seçilib.
 


Layihə ilkin mərhələdə Bakı, Xırdalan və Sumqayıt məktəblərini əhatə edir.
 

Qeyd edək ki, proqrama üzv olmaq istəyən şagirdlər 29 fevral tarixinədək qeydiyyat formasını (https://forms.gle/jY4cK2UxqNBQ7UgU7) tamamlamalıdırlar. Proqramın tərəfdaşı olmaq istəyən ümumi təhsil müəssisələri isə mekteblikonullu@konullu.edu.az elektron poçt ünvanı vasitəsilə müraciət ünvanlaya bilər.