Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müəllimlərinin peşəkarlığının artırılması məqsədilə növbəti layihəyə start verilib.
Ali məktəbdən bildirilib ki, UNEC-in Bloomberg Maliyyə Laboratoriyasında universitetin seçilmiş 10 müəllimi üçün peşəkar ekspertlər tərəfindən “Maliyyə təlimləri” keçirilir. Təlimlər həftənin şənbə günləri və ödənişsiz olaraq aparılır.
Qeyd edək ki, Bloomberg Maliyyə Laboratoriyası “Bloomberg”lə birgə ölkəmizdə yaradılmış yeganə belə laboratoriyadır.