Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb virtual məkanda” adlı müsabiqəyə start verilir.
Paytaxtın təhsil müəssisələri arasında keçirilən müsabiqənin əsas məqsədi məktəblərin sosial şəbəkə səhifələrinin aktivliyinin artırılması və səhifələrin daha geniş aiditoriya tərəfindən izlənilməsi, həmçinin təhsil ocaqlarının həyatındakı yeniliklərin ictimaiyyətə təqdim edilməsinin əhatə dairəsinin genişləndirilməsindən ibarətdir.
Qeyd edək ki, müsabiqədə ən çox izləyici sayına malik, aktiv paylaşımları olan məktəb səhifələri qalib olacaq.
Müsabiqədə iştirak edən məktəblərin sosial media paylaşımlarında #virtualməktəb və #fəalməktəb haşteqlərindən istifadə etməsi zəruridir. Bu, səhifələrin monitorinqi və qiymətləndirilməsi üçün vacibdir.
Qeyd edək ki, təhsil müəssisələrinin sosial şəbəkələrdəki səhifələri mayın 1-dək izləniləcək, ən çox izləyici sayına malik və aktiv paylaşımları olan səhifələr qiymətləndiriləcək. Qaliblər təltif olunacaq və onlar haqqında internet resurslarında məlumat veriləcək.