Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı Böyük Britaniyanın “British Council” təşkilatının gənc tədqiqatçılar üçün keçirdiyi ünsiyyət bacarıqları üzrə “Researcher connect” adlı təlimdə iştirak edib.
Universitetin baş müəllimi Məmməd Hüseynovun qatıldığı seminar beynəlxalq, multikultural akademik kontekstlərdə mükəmməl ünsiyyət bacarıqlarının inkişafına dəstək, həmçinin tədqiqatçıların məhsuldarlığının artırılması, bu yolla onların universitet və tədqiqat institutlarına sürətlə dəyişən beynəlxalq tədqiqat mühitində rəqabət üstünlüyü qazandırmaları məqsədilə təşkil olunub.
30 gənc tədqiqatçının iştirak etdiyi təlim proqramının sonunda onlara müvafiq sertifikatlar verilib.
Sertifikatları Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva təqdim ediblər.