Naftalanda Azərbaycan Texnologiya Universiteti rəhbərliyi (ATU) ilə Qarabağ, Çinar və Qaşaltı otellərinin rəhbərləri arasında görüş keçirilib.

 

Görüşdə ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov, tədris işləri üzrə prorektor Raqif Hüseynov, turizm sənayesinin təşkili kafedrasının müdiri Yusif Hümbətov, “Garabagh Resort &Spa Naftalan Hotel”in direktoru Safi Orhan Kutluay, “Chinar Hotel&Spa Naftalan”ın direktoru Murat Gözütok, “Gashalti Health Hotel Naftalan”ın direktoru Rəşad Veyisov iştirak ediblər.
 

Görüşdə sözügedən otellərlə universitet arasında əməkdaşlıq imkanları və perspektivlər, birgə kadr hazırlığı və tədbirlərin (konfrans, seminar, forum, master klass və s. ) keçirilməsi məsələləri müzakirə edilib. Sonda ATU tələbələrinin sözügedən otellərdə təcrübə keçməsinə dair müqavilə imzalanıb.
 

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində “Turizm işinin təşkili” və “Turizm bələdçiliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.