Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə yeni layihəyə start verilir.
"Məktəblilər “Ədibin Evi”ndə" adlı layihənin həyata keçirilməsinin əsas məqsədi məktəblilər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin məşhur ədəbi simalar və onların yaradıcılıq nümunələri ilə tanışlıq imkanlarının təmin olunmasından ibarətdir.
Layihə çərçivəsində məktəblilərin “Ədibin Evi”nə ziyarətləri təşkil olunacaq.
Müxtəlif mövzuları əhatə edəcək layihədə iştirak edən şagirdlər interaktiv tapşırıqlar yerinə yetirəcəklər.
Qeyd edək ki, yanvarın 26-da keçirilməsi nəzərdə tutulan ilk görüşdə Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdləri “Müstəqilliyə aparan yol” mövzusunda dinləmələrdə iştirak edəcəklər.