Bill Qeyts: “Süni intellektin təhsil və tibb sahəsinə tətbiqi, sadəcə fantastik olacaq”


Davosda keçirilən 54-cü  Ümumdünya İqtisadi Forumun əsas müzakirə panellərindən biri süni intellekt və onun imkanlarına, həyatımıza təsirinə həsr olunub.

    

Ekspertlərə görə, süni intellekt bəşəriyyətə ilk buxar mühərriklərinin kəşfi qədər vacibdir. Süni intellekt indiki bütün iş yerlərinə təsir edəcək və bizə kritik əhəmiyyətli səriştələr lazım gələcək.
   

Artıq süni intellektin genişmiqyasda yayılması heç kimdə şübhə doğurmur. Süni intellekt bizim cəmiyyətlərimizə və iqtisadiyyatlara təsir edir. Texnologiya yeni sənət əsərlərinin yaradılmasından tutmuş kibertəhlükəsisizliyin möhkəmləndirilməsinədək özünü hər yerdə göstərir və bu, tarixi bir nəqamdır.

        

Süni intellekt 4-cü Sənaye İnqilabının buxar mühərriyidir

    

Dünya İqtisadi Forumu qeyd edir ki, süni intellekt çap maşını və ya buxar mühərriki ilə - tərəqiyyə aparan, nəsildə bir dəfə baş verən 2 texnologiya, hazırkı üzərində işlədiyimiz fundamental dəyişikliklərlə  müqayisə olunur.

 

Forum çərçivəsində təşkil olunmuş müzakirələrdə çıxış edənlər belə bir ümumi rəyə gəliblər: generativ süni intellekt 4-cü Sənaye İnqilabının buxar mühərriyidir. Çıxış edənlər yeni süni intellekt dönəmində ayaqda qalmaq və inkişaf etməyimiz üçün vacıb olan bir sıra tövsiyələrini səsləndiriblər.
   

"Əgər siz süni intellekti qəbul edəcəksinizsə, mükəmməl olacaqsınız. Əgər siz bunu etməyəcək və ya gecikəcəksinizsə, onda sizin üçün hər şey bitmiş olacaq.  Əgər siz ondan tam imtina edəcəksinizsə, artıq ömrünüzü biryolluq başa vurmuş olacaqsınız", - deyə Birləşmiş Ərəb Əmirliklərinin süni intellekt məsələləri üzrə dövlət naziri Ömər Sultan Əl Olama bildirib.

 

Siz tənqidi düşünməyi öyrənməlisiniz

 

“IBM” şirkərinin  sədri və baş icraçı direktoru Arvind Krişna generativ süni intellektin iş yerlərinə təsirinin çox böyük olacağını söyləyib.

 

"Bu, ağ yaxalıqlı işdən və ya idrak işinin alt yarısı adlandıracağım işdən sonra gələn ilk texnologiyadır... Fizik, riyaziyyatçı, kompüter elmləri mütəxəssisi, həkim, yazıçı olmağınızın əhəmiyyəti yoxdur", -deyə Arvind Krişna bildirib.

 

Beləliklə, süni intellekt dövründə hamımızın inkişaf etməsi üçün lazım olan bir əsas bacarıq nə olacaq?

 

"Əgər süni intellekt idrak işinin alt yarısını öz üzərinə götürürsə, bu o deməkdir ki, siz tənqidi düşünməyi öyrənməlisiniz. Hansı sahədə çalışmağınızdan asılı olmayaraq tənqidi düşüncə daha çox ehtiyac duyulan bir bacarıq halına gəlir",-deyə A. Krişna əlavə edib.

 

Bizim öyrənməyi sevən insanlarımız olmalıdır

 

"Accenture" şirkətinin  sədri və icraçı direktoru Julie Svit, öyrənməyə davam etmə qabiliyyətinin əsas olduğunu və bunun rəhbəri olduğu qurumun bütün işçilərindən, hətta müsahibə mərhələsində belə tələb etdiyi şey olduğunu söyləyib:

 

"Proqramçı və ya strateq, həkim və ya insan resursları şöbəsində olmağınızdan asılı olmayaraq hər bir şəxsə bir müsahibə sualı veririk. Soruşuruq: son altı ayda nə öyrəndiniz?

 

Tortu necə bişirəcəyimizə əhəmiyyət vermirik, amma bizim öyrənməyi sevən insanlarımız olmalıdır. Və bu sual inanılmaz dərəcədə dərindir, sizin öyrənmək və öyrənmə mədəniyyəti yaratmaq istəyən insanlarınız olmalıdır".

 

Julie Svit əlavə edib ki, "təlimə ildə 1 milyard dollar sərmayə qoyuruq və bunun bir hissəsi olaraq ixtisaslarınızı artırmağa hazır olmalısınız, çünki işçi qüvvəmizdəki insanlar təhsillərinin bir hissəsi olaraq bu cür təlim almamışlar. Və nəhayət, baza təhsilini dəyişdirmək üçün biz hökumətlərlə əməkdaşlıq etməliyik".

 

Süni intellekt məktəb təhsilinin bir hissəsi kimi

 

Bütün iştirakçılar təhsilin gələcək dəyişikliklərə uyğunlaşdırılmasının vacibliyini vurğulayıblar.  Birləşmiş Ərəb Əmirliklərindən olan nazir Ömər Sultan əl Olama qeyd edib ki, biz əslində məktəb təhsilimizin bir hissəsi olaraq süni zəkanı təhsilə tətbiq etdik: "Beləliklə, beşinci sinifdən başlayaraq şagirdlər kodlaşdırmağı öyrənirlər. Doqquzuncu sinifdən başlayaraq şagirdlər əslində süni intellektin nə olduğunu, etikasının nə olduğunu öyrənirlər, karyera yolları nə olursa-olsun, AI-nin buna necə təsir edəcəyini də başa düşürlər".

 

A.Krişna deyib ki, məktəbdən əlavə, təhsilimizi davam etdirməliyik: “Fasiləsiz təhsil məncə fərqli bir xüsusiyyətdir”. Statistikaya əsasən, bacarıqların  ömrü  əvvəllər 30 il idi. İndi yeddi ildir. Beləliklə, düşünsəniz, bu, o deməkdir ki, karyeranızda orta hesabla ümumi bacarıqlarınızı beş dəfə dəyişəcəksiniz”.

 

"Accenture" şirkətinin  sədri və icraçı direktoru Julie Svit  Davosdakı iştirakçılara üz tutaraq deyib: "Süni intellekt bir çox yeni iş yeri yaradacaq, lakin siz — hökumətlər və şirkətlər — yenidən kvalifikasiya sahəsində əməkdaşlıq etməsəniz, mövcud insanları götürüb onları işə təyin edə bilməyəcəksiniz".

 

Yalnız müəssisələr öz işçilərini süni intellekt inqilabına cəlb edə bilməzlər. Ömər Sultan  Əl Olamanın fikrincə,"yeganə sabit faktor, dəyişiklikdir — biz dəyişikliyə uyğunlaşa biləcək bir cəmiyyət yaratmalıyıq".

 

5 ildən sonra hər kəsin bir süni intellekt köməkçisi olacaq

 

"Yaxın beş ildə süni intellekt texnologiyası hər kəs üçün inqilabi olacaq, çünki hər bir insanın həyatını asanlaşdıracaq". 

 

Microsoft korporasiyasının qurucusu Bill Qeyts  isə fikirlərini belə ifadə edib.  O deyib ki,  hər yeni texnologiya ilə qorxu, sonra isə yeni imkanlar gəlir. Bununla da B.Qeyts süni intellektin inkişafının bütün dünyada milyonlarla iş yerinin ləğvinə səbəb olacağı fikrini bölüşməyib.  B.Qeyts 1900-cü illərin əvvəlində dünya əhalisinin böyük bir hissəsinin kənd təsərrüfatı ilə məşğul olduğunu, inkişaf etməkdə olan texnologiyaların insanlarda qorxu hissi yaratdığını xatırladıb:

   

"O dövrdə "İnsanlar nə edəcəklər? "- deyə narahatlıqlar yaşadı. Əslində bir çox yeni  kateqoriyalı yeni iş yerləri yaradıldı və biz hamının kənd təsərrüfatı ilə məşğul olduğu dövrdən daha yaxşı yaşayırıq. Yeniliklər buna bənzəyəcək ".

 

B.Qeyts proqnozlaşdırır ki, süni intellekt hər bir insanın həyatını asanlaşdıracaq.  O, süni intellektin xüsusən də  sənədlərin rəsmiləşdirilməsində həkimlərin köməyinə çatacağını  göstərib ki, bu da “onların xoşuna gəlməyən işlərin bir hissəsidir, amma biz onu çox səmərəli edə bilərik”. Onun sözlərinə görə, bu texnologiyanın təhsil və tibb sahəsinə tətbiqi, sadəcə fantastik olacaq.

 

Süni intellektə giriş “əlinizdə olan telefon və ya kompüter vasitəsilə, artıq mövcud olan internet vasitəsilə həyata keçiriləcək”,-deyə B.Qeyts bildirib. Əlavə edib ki, qurucusu olduğu  Qeyts Fondunun məqsədi kasıb və zəngin ölkələrdə insanların fayda əldə etmələri  arasındakı gecikmənin çox qısa olmasını təmin etməkdir.

 

Beynəlxalq Valyuta Fondu rəhbərinin süni intellektin inkişafının dünya üzrə iş yerlərinin təxminən 40 faizinə təsir edəcəyi fikrinin əksinə olaraq, B.Qeyts düşünür ki, 5 ildən sonra hər kəsin bir süni intellekt köməkçisi olacaq.

 

Oruc MUSTAFAYEV