Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı üzrə müsabiqə qalibi Əsəd Qurbanzadə ilə görüşüb.
Nazir qalibi təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Təcrübə imkanının artırılması və potensialının üzə çıxarılması məqsədilə, birillik fərdi inkişaf planı əsasında ona Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şərait yaradılaraq dəstək göstəriləcəyi qeyd olunub.
Müsabiqə qalibi Əsəd Qurbanzadə ekologiya və təbii sərvətlər nazirinə Mentorluq proqramı çərçivəsində yaradılan şəraitə və səmimi görüşə görə təşəkkür edib, təcrübə mübadiləsindən faydalanmaq istəyini bildirib.