Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) elektron məlumat bazalarından istifadə imkanlarını genişləndirir.
Universitetdən bildirilib ki, müasir tədris prosesinin bütün təhsil pillələrinin əlaqəli inkişafı və səmərəli inteqrasiyasını təmin etməklə professor-müəllim və tələbə heyətinə nüfuzlu akademik rəqəmsal platformalardan istifadə bacarıqlarının aşılanması Kitabxana-İnformasiya Mərkəzinin aktual iş prinsipidir. Mərkəz elmi-tədqiqatların səmərəli həyata keçirilməsi məqsədilə oxuculara elektron məlumat bazaları ilə göstərilən xidmət işini gücləndirir. Bu məqsədlə rəqəmsal kitabxana modelinin inkişaf prioritetlərinə uyğun olaraq mərkəzin veb səhifəsində (https://admiu.edu.az/index-lib.php) “Elektron məlumat bazaları” adlı yeni bölmə yaradılıb. Bölmədə aşağıdakı nüfuzlu məlumat bazalarından oxucuların istifadəsi təmin edilib:
- “Gravür dünyası” https://www.gravurdunyasi.com/
- “Web of Science” https://www.webofscience.com/wos/woscc/basic-search
- “World Digital Library” https://www.loc.gov/collections/world-digital-library/about-this-collection/
- “Open Science” https://opensciencedirectory.net/
- “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
http://anl.az/el/emb/TURKSOY/index.html
- “Azərbaycanda müdafiə olunmuş dissertasiyalar”
https://www.millikitabxana.az/dissertations
İstifadəçilər tərəfindən dünyanın müxtəlif dillərində olan digər mötəbər elektron elmi bazalara əlçatanlığın təmin olunması məqsədilə “Elektron məlumat bazaları”nın mütəmadi zənginləşdirilməsi nəzərdə tutulur. Elmi araşdırma ilə məşğul olan tədqiqatçılar bu bazalarda yerləşdirilmiş materiallar əsasında teatr, audiovizual və musiqi sənətləri, təsviri incəsənət, tarix, sosial həyat, dünya xalqlarının mədəniyyəti, şəhərsalma, memarlıq və s. mövzularda məqalə və izoqrafik nəşrlərlə tanış ola bilərlər.