Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verilir.

 

Təhsil sahəsində yeni bir perspektiv yaradaraq şagirdlərimizin qeyri-formal təhsil prosesi zamanı təhsilin keyfiyyətini skaut metodu ilə yaxşılaşdırmaq, onların fiziki, intellektual, xarakter, emosional, sosial və mənəvi inkişafını dəstəkləmək məqsədi güdən layihənin “ASA-MTP010-TL24-2” nömrəli təməl liderlik təlimi Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində 5 gün müddətinə baş tutacaq.

 

21-25 mart 2024-cü il tarixlərində Azərbaycanın dilbər guşələrindən olan Quba rayonunda həyata keçirilməsi planlaşdırılan təməl liderlik təlimində ölkəmizin ümumtəhsil məktəblərində fəaliyyət göstərən dəstə lideri olmaq istəyən 30 müəllim və təhsil işçiləri iştirak haqqı qazanacaq.

 

Hər bir skaut təşkilatının əsas sütunu skautlar olsa da, onları yetişdirən, inkişaf etməsində bir başa zəhməti keçən, öz cığırlarını tapmasında, gələcəyə uğurlu addımlar atmasında, əsl skaut dəyərlərinin mənimsənilməsində dəstək göstərən, ailə və məktəb arasındakı boşğuqları tamamlamaq üçün böyük əziyyəti olanlar isə skaut liderləridir. Qısaca Liderlər təşkilatın sütununu möhkəm saxlayan və daim ona nəzarət edən əsas qəhrəmanlardır. Siz də əsl skaut lideri kimi yetişmək, cəmiyyətə fayda vermək, gələcəyimiz olan uşaq, yeniyetmə və gənclərin inkişafına töhfə vermək, ən əsası öyrədərək öyrənmək istəyirsinizsə, Novruz bayramı müddətində baş tutacaq MTP/Təməl Liderlik Məktəbinə qatılmaq üçün qeydiyyatdan keçin.

 

Qeydiyyatdan keçmiş və skaut lideri olmağa uyğun olan hər kəs ikinci mərhələyə – müsahibəyə dəvət ediləcək. (Qeydiyyatdan keçərkən özünüzü dolğun ifadə etməyi unutmayın.)
 

https://scout.az/2024/01/05/asa-mtp010-tl24-2/?fbclid=IwAR1b8VyfExBdSeDAXVxmeV0fbJO11Oppv6w5BkXmx2U2BxQuNADN4IR5aqY