Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 52 şagirdi Respublika fənn olimpiadalarının yarımfinal turuna vəsiqə qazanıb.

 

Liseyin şagirdlərindən 20-si Riyaziyyat, 9-u Azərbaycan dili və ədəbiyyat, 6-sı Biologiya, 5-i Kimya, 5-i Fizika, 3-ü Tarix, 2-si İnformatika, 2-si Coğrafiya fənni üzrə uğur qazanıb.

 

Bu barədə BDU-dan bildirilib.