Çində XV beynəlxalq konfrans keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Çindən Adriatikə Türk dünyası” mövzusunda 15-ci beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Türkiyənin, ABŞ-ın və Azərbaycanın ümumilikdə 20-dən artıq universitetlərindən 50-dən çox nümayəndənin qatıldığı konfrans Mərkəzi Elmi Kitabxananın, həmçinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə baş tutub.
MEK-in direktoru professor Məmməd Əliyev konfransda çıxışı zamanı iştirakçılara rəhbərlik etdiyi kitabxananın fəaliyyəti haqqında məlumat verib, ötən il ərzində MEK-in bir sıra yerli və beynəlxalq konfranslara ev sahibliyi etdiyini diqqətə çatdırıb, bu konfransın Türk dünyasının mədəni münasibətlərində yeni səhifə açacağına inamını ifadə edib.
İKSAD-ın Azərbaycan üzrə koordinatoru Əlvan Cəfərov isə çıxışında qurumun fəaliyyətindən danışıb və ölkənin bir sıra universitetlərində cari ildə keçiriləcək konfranslar, tədbirlər haqqında məlumat verib, konfransın işinə uğurlar arzulayıb.
Sonra beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib, elmi məruzələr dinlənilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.