Yanvarın 8-dən Bakı Slavyan Universitetində (BSU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası ənənəvi formada başlayıb.
İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər görülüb. Hər fənn üzrə tələbələrin giriş balları fakültələrdə müvafiq lövhələrdə asılıb.
Bakalavr və magistratura səviyyələri üzrə təhsil alan 5145 tələbədən 4573-ü imtahanlarda iştirak edir. Payız semestrinin imtahan sessiyasında ümumilikdə 1691 imtahanın keçirilməsi nəzərdə tutulur.
2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həllini təmin etmək məqsədilə universitet rəhbərliyi, universitetdə fəaliyyət göstərən valideyn şuraları, tələbə gənclər təşkilatları və mətbuat nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb.
Qeyd edək ki, payız semestrinin imtahan sessiyası 8 fevral tarixinədək davam edəcək. Bu sessiyada fənni təkrar dinləmədən imtahanlar 5 fevral tarixindən 8 fevral tarixinə qədər təşkil olunacaq.