Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Nüşabə Qurbanova və laboratoriyanın böyük elmi işçisi kimya üzrə fəlsəfə doktoru Türkan Quliyevanın həmmüəllifi olduqları məqalə “High Energy Chemistry” jurnalında (2023, Volume 57, Supplement 2, pages S320–S324) dərc olunub. https://link.springer.com/article/10.1134/S001814392308012X
“Properties of metal-containing nanocomposites on the basis of isotactic polypropylene and butadiene nitrile rubber” (İzotaktik polipropilen və butadiennitril kauçuku əsaslı metaltərkibli nanokompozitlərin xassələri) adlı məqalədə müəlliflər tərəfindən izotaktik polipropilen, butadiennitril kauçuku və kobalttərkibli nanodoldurucular əsasında nanokompozitlərin alınmasından, nanodoldurucunun miqdarının alınan nanokompozitlərin quruluşları, fiziki-mexaniki xassələri və termiki davamlılığına təsirindən və nanodoldurucunun optimal miqdarının müəyyən edilməsindən bəhs olunur. Göstərilir ki, tərkibində 0.1 küt.% miqdarında kobalt olan nanokompozitlər daha yaxşı fiziki- mexaniki xassələrə, istiliyə davamlılığa və yüksək termiki stabilliyə malikdir.
Qeyd edək ki, Science Citation Index Expanded (SCIE), SCOPUS kimi bazalara daxil olan jurnal 0.7 impakt faktora malikdir və Q3 kateqoriyasındadır.