UNEC Startup İnkubator tərəfindən start verilən “BootSTART-2” proqramının ənənəvi “Pitch day” tədbiri keçirilib.

 

6 həftəlik intensiv "BootSTART-2" proqramında iştirak etmiş 20 startap komandası “Pitch day”də öz startaplarını münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflərin dəyərləndirməsindən sonra 8 komanda - “Yoldash”, “Ganevo”, “Generation Z”, “HobyLoc”, “Way”, “TuringSec”, “Buqələmun”, “GreenFox” UNEC Startup İnkubatorun növbəti “İnkubator+” proqramına keçid alıb.

 

“İnkubator+” proqramında iştirak edəcək TOP 8 startap komandası ofis rezidentliyi, hostinq və server dəstəyi ilə təmin ediləcək. Bazara hazır məhsulu ən tez çıxara bilən 5 komanda isə ilkin toxum investisiya ilə təmin olunacaq.

 

Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib.