Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının (Cənubi) İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində təhsil alan tələbələr Hakaton müsabiqəsində uğurlu nəticə göstəriblər.
Bakı Ali Neft Məktəbində “PAŞA Sığorta” şirkətinin keçirdiyi müsabiqədə BMU-İNHA İDP-nin “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan III kurs tələbələri - Ayxan Ələkbərov və Fidan Mahmudlu ikinci yerə layiq görülüblər.
Hakaton müsabiqəsinə ümumilikdə 70-ə yaxın komanda müraciət edib. 33 komandanın dəvət aldığı müsabiqədə sonda 22 komanda mübarizə aparıb.