Paytaxtdakı 247 nömrəli tam orta məktəbdə nümunəvi dərslər təqdim olunub.

 

Vl-Xl siniflərdə Azərbaycan dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya, fizika, təbiət, çağırışaqədərki hazırlıq fənlərindən nümunəvi dərslərin keçirilməsində məqsəd metodiki proseslə tanış olmaq, inkişaf mühitinin genişlənməsinə dəstək vermək, tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.

 

Nümunəvi dərslər zamanı müəllimlərin müasir təlim metodları və təlim üsullarından dərsin məqsədinə uyğun istifadə edilməsi, dərsin keyfiyyətli təşkili və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunması müşahidə edilib. Həmçinin STEAM əsaslı tədrislə bağlı şagird təqdimatlarına baxış keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Təlimə Dəstək Mərkəzinin direktor müavini Zaur Balaqadaşov və metodistlər dərsləri izləyiblər.

 

Sonra məktəbin metodiki şura üzvləri ilə dərslər müzakirə olunub. Müzakirə zamanı dinlənilən dərslərin məqsədi, qiymətləndirmə meyarları və səviyyələri, həmçinin dərs prosesinin gedişatı ilə bağlı müvafiq tövsiyələr verilib.