Bakı Dövlət Universitetində (BDU) Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) dair təlim təşkil olunub.  Təlim davamlı inkişaf üzrə ekspertlər Əhəd Kazımov və Radif Mustafayev tərəfindən keçirilib.

 

Təlimdə Dayanıqlı İnkişaf Məqsədlərinin effektiv icrası üçün praktiki anlayışlar və strategiyalar təqdim  olunub, icrası mexanizmi barədə məlumat verilib, DİM-in tətbiqi sahəsində qazanılmış nailiyyətlər və qarşıda duran çağırışlar yönündə  müzakirə aparılıb.

 

Qeyd edək ki, qlobal davamlılığa töhfə,  müsbət dəyişikliklərə təkan vermək üçün BDU-nun müxtəlif fakültələrində Dayanıqlı İnkişaf Məqsədlərinə dair müxtəlif istiqamətlərdə fəaliyyətlər aparılır. Bunların əsas hədəfi tələbə və müəllimlər arasında Dayanıqlı İnkişaf Məqsədlərinə dair məlumatlılığın artırılmasına və tətbiqinə nail olmaqdır.