Ölkədə mentorluq mədəniyyətinin inkişaf etməsi və yeni nəsil idarəçilərin yetişdirilməsində davamlılığın təmin edilməsi məqsədi ilə “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramı çərçivəsində qazandığı təcrübəni universitet tələbələri ilə bölüşmələri məqsədəuyğun sayılır. Tələbələr üçün keçirilən mentorluq proqramının əsas məqsədi III və IV kurs tələbələrinin “Yüksəliş” müsabiqəsi qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Qaliblər tərəfindən keçirilən bir illik mentorluq proqramına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəal tələbələri İsmayıl Nəsirov, Təhmasib İmaməliyev, Nərgiz Quluzadə, Cəmilə Qurbanova, Aygül Əliyeva və Günay Tairli seçilib və proqrama cəlb edilib. Proqram çərçivəsində tələbələrin qaliblərlə görüşləri keçirilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.