Özbəkistanın Əlişir Nəvai adına Dövlət Pedaqoji İnstitutunun nümayəndə heyətinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ilə görüşü keçirilib.
İnstitutun dekanı Dilara Şamıyeva, kafedra müdiri Feruza Jumayeva və dosent Gülsanam Horovadan ibarət nümayəndə heyətini, əvvəlcə, ADPU-nun rektoru professor Cəfər Cəfərov və elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov qəbul edib.
Daha sonra Pedaqoji Universitetin professor-müəllim və tələbə kollektivi ilə görüş keçirilib. Görüşdə hər iki ali təhsil ocağının fəaliyyəti haqqında geniş məlumat verilib. Qonaqlar 2017-ci ildən fəaliyyət göstərən Türksoy kafedrasının fəaliyyəti ilə tanış olublar.
Yekunda ADPU ilə Əlişir Nəvai adına Dövlət Pedaqoji İnstitutu arasında elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.