Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı çərçivəsində 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim edilib. Onların arasında Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbəsi Emin Allahverdiyev də var.

 

“Heydər Əliyev adına təqaüd”ü UTECA tələbəsinə  Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov  təqdim edib.
 

Qeyd edək ki, “Heydər Əliyev adına təqaüd” ün məbləği 3000 manat təşkil edir və  birdəfəlik verilir.