Türkiyənin İstanbul Texniki Universitetinin (İTÜ) rektoru professor İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
Rektor Vilayət Vəliyev qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, AzTU və İTÜ əlaqələri müxtəlif istiqamətlər üzrə inkişaf etdirilir. Rektor deyib ki, AzTU-da yeni yanaşmaların tətbiqi zamanı İTÜ-nün təcrübəsindən istifadə olunur.
Yüksək qonaqpərvərliyə görə AzTU rəhbərliyinə təşəkkür edən İTÜ-nün rektoru professor İsmayıl Koyuncu qeyd edib ki, iki universitet arasında əlaqələrin inkişafı Türkiyə və Azərbaycan ali təhsil sisteminin inkişafına töhfə verməkdədir.
Görüş zamanı müəllim və tələbə mübadiləsi, müvafiq istiqamətlər üzrə ikili diplom proqramlarına hazırlıqla bağlı məsələlər müzakirə olunub.
--