İtaliyanın “Proges Engineering” şirkətinin texniki direktoru Andrea İmbrenda və direktor müavini Asif Namazov Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər.
Andrea İmbrenda rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib. Bildirib ki, şirkət Azərbaycanın nüfuzlu universitetlərindən olan AzTU ilə İtaliyanın texniki sahə üzrə ixtisaslaşan ali təhsil müəssisələri arasında əlaqələrin qurulması, doktorant mübadiləsi və birgə tədqiqatların həyata keçirilməsi istiqamətində öz dəstəyini göstərə bilər.
Görüş zamanı gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən olunması ilə bağlı fikir mübadiləsi aparılıb.