6 nömrəli məktəb  liseyin şagirdləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Heydər Əliyev İli”nə həsr olunmuş “Bir ömürdə min ömür” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

 

İştirakçıları salamlayan təhsil ocağının rəhbəri Gülşən Orucova  əsl vətəndaş, tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev  xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.  G.Orucova hər sahədə olduğu kimi, Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin yeniyetmə və gənclərin  təhsil almalarına, onların savadlı bir şəxsiyyət kimi formalaşmalarına  həmişə böyük dəyər verdiyini söyləyib.  Direktor  Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından da danışıb.

 

Ədəbi-bədii kompozisiyada şagirdlər  maraqlı musiqi nömrələri təqdim ediblər.

 

Tədbirdə millət vəkilləri, Prezident Administrasiyasının nümayəndələri, Səbail Rayon İcra Hakimiyyətinin  başçısı,  məktəb direktorları və digər qonaqlar iştirak ediblər.

 

Rəşad ZİYADOV