Azərbaycan Texnologiya Universitetində (UTECA) Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Gənc İnnovatorlar" Startap müsabiqəsi keçirilib.
Yarış UTECA İnnovasiya Mərkəzinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondu, "Huawei" şirkəti, "Bir" Tələbə Könüllü Təşkilatının dəstəyi ilə reallaşıb.
UTECA-nın rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, "BİR" Könüllü Tələbə Təşkilatının region üzrə sədri Əsli Məhərrəmova stendləri gəzib, startap layihələri ilə ətraflı tanış olublar.
Müsabiqədə 56 tələbədən ibarət komandalar tərəfindən qida, yüngül sənaye, İKT, nəqliyyat sahəsini əhatə edən bir-birindən maraqlı 28 startap təqdim edilib.
"Laser Eye" komandası Mina axtaran dron startapı ilə müsabiqənin qalibi olub. İkinci yeri "Alpha Soldier" startap oyunu ilə "Yarostı Geym" komandası tutub. Üçüncü yerə isə "Yeah Crypto" startap ilə eyni adlı " komanda layiq görülüb.
Qalib komandalar pul mükafatı, sertifikat və hədiyyələrlə təltif edilib.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd universitetdə startap ekosistemini inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu sahəyə marağı və istedadı olan gənclərdə stimul yaratmaqdan ibarətdir.