Noyabrın 28-də Ucar rayonu Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli  tam orta məktəbin VIII b sinfində Lamiyə Məmmədovanın fizika fənnindən “Maddənin aqreqat halları” mövzusunda “açıq dərs”i dinlənilib. Dərs zamanı maddənin aqreqat hallarını, bərk cisimlərin 2 yerə bölünməsi, kristal cisimlərin konkret ərimə və  bərkimə temperaturlarının olması şagirdlərin diqqətinə çatdırılıb, həmçinin dərsdə mövzuya dair təcrübələr aparılıb və sonra “dəyirmi masa” ətrafında Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Əhliyyət Adıgözəlov, Mingəçevir Dövlət Universitetinin prorektoru, iqtisad elmləri doktoru, professor Veysəl Əyyubov,  Mərkəzi Aran Regional Təhsil İdarəsinin  müdiri Elçin Kərimov, Ucar rayonunun bir neçə məktəb direktoru, fizika müəllimlərinin iştirakı ilə “açıq dərs”in müzakirəsi keçirilib. Dərs geniş təhlil edilərək tövsiyələr verilib.

 

“Dəyirmi masa”nın iştirakçıları belə “açıq dərs”lərin keçirilməsinin gənc müəllimlərin gələcək fəaliyyətində bir təcrübə olduğunu vurğulayıblar.

 

Daha sonra qonaqlar məktəblilərin iştirakı ilə “fizika aylığı” çərçivəsində təşkil olunan tədbirdə iştirak ediblər. Tədbirdə şagirdlərin ifasında şeirlər səsləndirilib, müxtəlif kompozisiyalar, səhnəciklər və təcrübələr nümayiş etdirilib.

 

Qeyd edək ki,  məktəbdə eyni zamanda STEAM layihəsi və X-XI siniflərdə peşə təmayüllü siniflər də həyata keçirilir. Layihələr çərçivəsində görülmüş işlər barədə məktəbin foyesində sərgi təşkil olunub.