Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) vəzifəsində çalışanlar üçün təlimlərə start verilib.
Təlimlərin keçirilməsinin əsas məqsədi müəssisələrdə əməyin mühafizəsinin təşkili, yanğın və elektrik təhlükəsizliyi, texniki istismar qaydalarının tələblərinə uyğun fəaliyyətin təmin edilməsi, əmək funksiyaları ilə bağlı təsərrüfat işləri üzrə direktor müavinlərinin (təsərrüfat müdiri) bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Təlimlər BŞTİ-nin müvafiq sahələr üzrə əməkdaşları və aidiyyəti qurumun əməyin mühafizəsi üzrə yüksək səviyyəli mütəxəssisləri tərəfindən keçirilir.
Təlimlərdə təminat, təchizat və təssərüfat sahələri, maliyyə-mühasibatlıq sənədlərinin işlənib hazırlanması və müəssisədə təhüləkizilik qaydaları, əməyin mühafizəsi üzrə müzakirələr aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.
Qeyd edək ki, cari həftənin sonuna kimi davam etdirilməsi nəzərdə tutulan təlimlərə 600-ə yaxın təsərrüfat işləri üzrə direktor müavinlərinin (təsərrüfat müdiri) cəlb olunması nəzərdə tutulur.