2023–2024-cü tədris ilində ölkə üzrə 500-dən çox ümumi təhsil müəssisəsində böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunacaq.

 

Rəqəmsal məktəbdaxili qiymətləndirmə həyata keçirilən ümumi təhsil müəssisələrinin şəbəkəsi “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq edildiyi məktəblərin qoşulması ilə genişlənir.

 

Ötən tədris ilində ölkə üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində V-VI siniflərdə təhsil alan şagirdlərdən 55 840 nəfəri rəqəmsal böyük summativ qiymətləndirmədə iştirak edib.

 

Qeyd edək ki, məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə 2021–2022-ci tədris ilindən başlanılıb.