Ağcabədi, Kürdəmir və Zərdab məktəblərindən olan 80-ə yaxın abituriyent “UNEC-də 1 gün” layihəsində iştirak edib.
UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və “Zərdabi Yolu” tədris mərkəzinin təşkilatçılığı ilə keçirilən tanışlıq günündə abituriyentlər universitetin əsas və 3 saylı tədris binalarında olublar. Abturiyentlər auditoriyalar, kitabxanalar, imtahan zalı, müzakirə otaqları, Bloomberg laboratoriyası və s. ilə tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq xarici proqramlar, UDİD, xüsusi təqaüd imkanları barədə ətraflı məlumat verib.
Sonra abituriyentləri maraqlandıran suallar cavablandırılıb.