Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda illik hesabatların keçirilməsinə başlanılıb.
Elmi qurumdan bildirilib ki, cari ildə institutda 2 problem, 4 mövzu, 18 iş və 24 mərhələ üzrə elmi-tədqiqat işləri yerinə yetirilib. Hesabat iclaslarında çıxış edən laboratoriya və şöbə rəhbərləri il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri, nəşr olunan məqalələr, əldə olunan mühüm nəticələr, beynəlxalq və yerli qurumlarla əlaqələr, kadr potensialı haqqında ətraflı məlumat verirlər. Çıxışlardan sonra aparılan tədqiqatlarla bağlı suallar cavablandırılır və rəyçilərin çıxışları dinlənilir. 23 noyabr tarixinə qədər davam edəcək hesabatlar üzrə geniş müzakirələr aparılaraq təklif və iradlar dinlənilir. İnstitutun rəhbəri AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov görülən işlər haqqında fikirlərini bildirir, təklif və tövsiyələr verir, gələcəkdə görüləcək işlər, perspektivlər haqqında fikirlərini çatdırır.
Keçirilən iclasların sonunda təqdim olunan hesabatlar haqqında Elmi şura tərəfindən qərarlar qəbul edilir.