Noyabrın 16-da ölkə üzrə 13 imtahan mərkəzində dövlət ümumi təhsil müəssisələrində çalışan çağırışaqədərki hazırlıq rəhbərlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. 
 

Qeyd edək ki, diaqnostik qiymətləndirmə ümumi təhsil müəssisələrində işləyən çağırışaqədərki hazırlıq rəhbərlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədi daşıyır.