Bakı Dövlət Universitetində (BDU) Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb. Bu barədə BDU Elmi Şurası qərar qəbul edib.

 

Qeyd olunub ki, Prezident İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər, "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması" elm və təhsil işçiləri qarşısında da bir sıra vəzifələr qoyur. BDU-nun nəzdində yaradılan mərkəz Qərbi Azərbaycanla bağlı müxtəlif tədqiqatlar, sistemli araşdırmalar aparacaq. Mərkəzin fəaliyyəti çərçivəsində bu sahədə beynəlxalq konfrans, elmi seminar, disputların keçirilməsi, kitabların çap edilməsi, Qərbi Azərbaycan icması ilə intensiv əlaqələrin təmin olunması nəzərdə tutulur.

 

Bu barədə BDU-dan bildirilib.