Sertifikatlaşdırma prosesinin müsahibə nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. 

 

8 sentyabr tarixində keçirilən təkrar sertifikatlaşdırma müsahibələrində 1 376 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. 14 oktyabr tarixinədək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində isə 21 883 təhsilverən iştirak edib və onlardan 21 784 nəfəri uğur qazanıb. Müsahibələrdə 99% davamiyyət qeydə alınıb.

 

Qeyd edək ki, sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunacaq. 

 

Sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyən və ya uğur qazanmayan müəllimlər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququna malikdirlər. 

 

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.