Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) rektor yanında Keyfiyyət komissiyası və Keyfiyyətin təminatı şöbəsi nəzdində fəaliyyət göstərən işçi qrup üzvləri ilə birgə görüş keçirilib.

 

İclas Keyfiyyət komissiyasının sədri tədris işləri üzrə prorektor, dosent Eldar Aslanovun giriş nitqi ilə başlayıb. O qeyd edib ki, Keyfiyyət komissiyasının sistemli şəkildə təşkil olunması aktual məsələyə çevrilib. Komissiyanın tərkibində əmək bazarının təmsilçilərinin iştirakı ümumilikdə keyfiyyətin artırılmasına töhfə verəcək.

 

Bu xüsusda xarici maraqlı tərəf olaraq 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə də öz fikirlərini bildiriblər.

 

Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov müəllimlərin məlumat bazasının bir sistem üzərindən toplanılması üçün kodlaşdırma prosesinin aktuallığı, üstünlüyü və aparılma mexanizmi haqqında təqdimatla çıxış edib. Daha sonra reytinq qiymətləndirilməsinə dair dəyişikliklərlə bağlı təkliflər heyət üzvlərinin nəzərinə çatdırılıb, məsələ ilə bağlı müzakirə aparılıb.

 

Sonda şöbənin əməkdaşları Jalə Kərimova və Çingiz Baxşıyev reytinq qiymətləndirilməsi ilə bağlı şöbə tərəfindən aparılan məmnuniyyət sorğusunun nəticələri əsasında filiallar və fakültələr üzrə ümumi təhlil və statistikanı təqdim ediblər.

 

Görüşdə Keyfiyyətin təminatı şöbəsində təcrübə proqramında iştirak etmiş tələbələrə sertifikatlar təqdim olunub.