İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Qlobal İnnovasiya İndeksində Elm və Təhsil Nazirliyinin əsas icraçı olduğu alt-indikatorların müzakirə edilməsi məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun iclası keçirilib.

 

İclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, İİTKM və digər dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər. 

 

Elm və Təhsil Nazirliyinin məsul olduğu aidiyyəti alt-indikatorların Qlobal İnnovasiya İndeksi 2023-cü il hesabatındakı mövqeyi, hesabatın 2022-ci illə müqayisəli təhlili, göstəricilərin yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlər, eləcə də növbəti hesabatda ölkənin mövqeyinin daha da yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

 

Eyni zamanda Qlobal İnnovasiya İndeksində yer alan alt-indikatorlar və onların metodologiyalarının mütəmadi olaraq araşdırılmasının vacibliyi vurğulanıb. 

 

İclasda müzakirə edilən müvafiq indikatorlar üzrə bir sıra tədbirlərin “İnsan kapitalı” İşçi Qrupunun 2024-cü il üçün hazırlanacaq Fəaliyyət Planına da daxil edilməsi qərara alınıb.