8 sentyabr – 14 oktyabr 2023-cü il tarixlərində təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilib.
Müsahibə nəticələri ilə bağlı məlumat yaxın günlərdə təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.
Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə tədris prosesi yenidən təşkil olunub. Sözügedən təhsil müəssisəsində fəaliyyət göstərən müəllimlər 14 oktyabr tarixində sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində iştirak ediblər.