Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ali məktəbin_ Gənc Alimlər və Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə  universitetdə “Açıq tədqiqat mexanizmləri haqqında tədqiqatçılar üçün təlimlər” layihəsi çərçivəsində təlim keçirilib.

 

Universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin fəaliyyəti haqqında ümumi məlumat verib, keçirilən təlimlərin doktorant və gənc tədqiqatçılar üçün əhəmiyyətindən danışıb.

 

Çıxış edən  cəmiyyətin sədri dosent İlqar Orucov təşkil edilən təlimlərin məqsədi və aktuallığı haqqında məlumat verib.

 

Daha sonra layihə üzrə ekspertlər Aysel Rəhimli “Açıq tədqiqat resursları, data bazalar”, Sevinc Ədilova isə “Açıq tədqiqat resurslarının işlək mexanizmləri” mövzusunda geniş təqdimatla çıxış ediblər.

 

Təlimdə, ümumilikdə ADPU-nun 200 nəfər professor-müəllim heyəti, doktorant, dissertant və magistrantları iştirak ediblər.  

 

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb,  gənc alim və tədqiqatçılara sertifikatlar təqdim olunub.