2023/2024-cü tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetini (AZMİU) seçən abituriyentlərin böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərlərindəndir.
Universitetdən bildirilib ki, ötən tədris ilində AzMİU-ya qəbul olan tələbə sayı 2170 nəfər olduğu halda, cari ildə bu rəqəm artaraq 2288 nəfərə çatıb.
Belə ki, qəbul olan 2288 tələbədən 47 %-i Bakı və Sumqayıt, yerdə qalan 43%-i isə ölkəmizin müxtəlif regionlarından olan abituriyentlərin payına düşüb. Bölgələrdən AzMİU-nu seçən abituriyentlər arasında Ağdam, Naxçıvan, Füzuli rayonlarından olanlar üstünlük təşkil edib.
Xatırladaq ki, cari ildə AzMİU-nun 27 ixtisası üzrə qəbul aparılıb və plan yeri 91% yerinə yetirilib. Qəbul olan tələbələrdən 932 nəfəri qız, 1356 nəfəri isə oğlandır.