Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Səudiyyə Ərəbistanı Krallığında akkreditasiyadan keçib.

 

Universitetdən bildirilib ki, UNEC rektoru professor Ədalət Muradov ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Essam Bin Saleh Algetale arasında keçən görüşdə akkreditasiyadan sonra yaranmış əməkdaşlıq imkanları müzakirə olunub.

 

Xatırladaq ki, UNEC Yunanıstanda da akkreditasiyadan keçib.