Oktyabrın 10-da işə yeni qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramında iştirak üçün qeydiyyat prosesi başa çatır. Proqramda iştirak üçün linkə daxil olaraq qeydiyyatdan keçmək mümkündür: https://forms.gle/KyvzGw3VaxNXCiQK6
Adaptasiya proqramının məqsədi işə yeni başlayan müəllimlərin iş mühiti və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdır.
Proqramın müddəti 2 ay nəzərdə tutulub və 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə “MS Teams” platforması vasitəsilə 9 təlimin keçirilməsi nəzərdə tutulub. Yerli təhsili idarəetmə orqanlarının nümayəndələri və təlimçilər tərəfindən keçiləcək təlimlərə “Öyrədici mühitin yaradılması”, “Məktəbdaxili qiymətləndirmə”, “Məktəbdaxili sənədləşmə işi”, “Müəllimin pedaqoji qabiliyyətləri”, “İnsanlar necə öyrənirlər?”, “Dərs prosesinin təkmilləşdirilməsi”, “Şagirdlərin tanınması və şəxsiyyətin müəyyən olunması” kimi mövzular daxildir.
İkinci mərhələdə agma.az paltformasında 10-12 kursun 1 ay ərzində onlayn olaraq tamamlanması planlaşdırılır.
Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə həyata keçirilir.